Yığmamızın rəqibi Dubayı tərk etdi
22.02.2012 - 10:26
Yığmamızın rəqibi Dubayı tərk etdi
Fevralın 27-də Azərbaycan milli komandası ilə yoldaşlıq oyunu keçirəcək Hindistan yığması Omana yollanıb. Apasport.az saytının məlumatına görə, fevralın 16-dan Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində hazırlıq keçən asiyalılar oranı tərk edib. Omanın paytaxtı Məsqət şəhərinə gedən Hindistan millisi bu şəhərdə yerli yığma ilə fevralın 24-də keçiriləcək yoldaşlıq oyununda qüvvəsini sınayacaq.

Qeyd edək ki, düşərgəsində 30 futbolçu olan Hindistan millisi Azərbaycan yığması ilə görüşmək üçün yenidən Dubaya qayıdacaq.