“Azərbaycanla oyun inkişaf səviyyəmizi dəyərləndirməyə imkan verəcək”
22.02.2012 - 10:42
“Azərbaycanla oyun inkişaf səviyyəmizi dəyərləndirməyə imkan verəcək”
“Omanla yoldaşlıq oyunu Asiyanın “Çelenc Cup” turnirinə hazırlığın ayrılmaz hissəsidir”. Apasport.az saytının məlumatına görə, bu sözləri Hindistan milli komandasının baş məşqçisi Savio Medeyra deyib.

47 yaşlı hindistanlı mütəxəssis fevralın 27-də Azərbaycan milli komandası ilə keçiriləcək yoldaşlıq oyununun əhəmiyyətindən danışıb: “ Lakin bununla kifayətlənməyib daha 1 qarşılaşmada qüvvəmizi sınayacağıq. Həmin matç fevralın 27-də Azərbaycana qarşı olacaq. Hər 2 qarşılaşma bizim inkişaf səviyyəmizi dəyərləndirməyə imkan verəcək. Dubayda əla hazırlıq keçmişik. İndi yalnız oyunlara toparlanmaq qalıb”.

Qeyd edək ki, Azərbaycan milli komandası bu gün Dubaya yollanıb.