“Bazel”dən növbəti sürpriz, “İnter” üçün son dəqiqə şoku
23.02.2012 - 01:36
Bu gün Çempionlar Liqasında (ÇL) 1/8 final mərhələsinin ilk oyunlarına yekun vurulub. Apasport.az saytının məlumatına görə, son 2 matçın hər ikisi meydan sahiblərinin eyni hesablı qələbələri ilə nəticələnib. Özü də 2 il öncə ÇL-nin finalında görüşən “İnter”lə “Bavariya” favorit olduqları səfər matçlarında sona yaxın buraxdıqları qolla uduzublar.
Artıq 1 aydır qələbə üzünə həsrət qalan milanlılar 90-cı dəqiqədə qapısında top görüblər. “Bazel” isə sona 4 dəqiqə qalmış vurduğu qələbə topu ilə Avropada növbəti sürprizə imza atıb. “Mançester Yunayted” kimi güclü komandanı qrupda saxlayan isveçrəlilər Almaniyanın ən titullu klubuna da evdə qalib gələ bilib.
Qeyd edək ki, 1/8 final mərhələsinin cavab oyunlarına martın 6-dan start veriləcək.
21 fevral
“Napoli” (İtaliya) – “Çelsi” (İngiltərə) - 3:1
Lavessi, 38; 65; Kevani, 45 - Mata, 27
MOİK (Rusiya) – “Real” (İspaniya) - 1:1
Vernblum, 90 - Ronaldo, 27
22 fevral
“Bazel” (İsveçrə) – “Bavariya” (Almaniya) - 1:0
Valentin Ştoker, 86
“Marsel” (Fransa) – “İnter” (İtaliya) - 1:0
Andre Ayyu, 90

0
0