“Porto” titulunu itirdi - YENİLƏNİB
22.02.2012 - 22:52
Avroliqada 1/16 final mərhələsinin cavab oyunlarına start verilib. Apasport.az saytının məlumatına görə, turnirin son qalibi “Porto” İngiltərə səfərində darmadağınla üzləşərək, titulunu əldən verib.
Portuqaliya təmsilçisi İngiltərə Premyer Liqasının lideri olan “Mançester Siti”nin hücumları qarşısında tab gətirə bilməyib. Artıq 20-ci saniyədə hesabı açan meydan sahibləri fasilədən sonra daha 3 dəfə rəqibini cəzalandırıb.
Əvvəlcə 76-cı dəqiqədə Edin Dzeko fərqi ikiyə çatdırıb. Növbəti 2 qol isə cəmi 2 dəqiqəyə vurulub. 84-cü dəqiqədə Silvanın qolundan az sonra Pizarro hesabı biabırçı həddə çatdırıb.
Bununla, 0:4 hesabı ilə uduzan “Porto” Avroliqa ilə vidalaşıb.
22 fevral
“Mançester Siti” (İngiltərə) – “Porto” (Portuqaliya) - 4:0
Serxio Aquero, 1; Edin Dzeko, 76; David Silva, 84; David Pizarro, 86
İlk oyun – 2:1
Qeyd edək ki, bu mərhələnin qalan cavab matçları sabah keçiriləcək.

0
0