Ramin Musayev baş hakimi və “Lider” TV-nin aparıcısını günahlandırır
22.02.2012 - 11:56
“Qəbələ” - “Xəzər Lənkəran” matçının 60-cı dəqiqəsindəki epizodu izləmişəm. Həmin epizodda Mahir Şükürov rəqibə qarşı kobud oynamamışdı”. Bu fikirləri apasport.az saytına açıqlamasında Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev deyib.
Premyer Liqanın hesabat turunun mərkəzi oyunu olan “Qəbələ” – “Xəzər Lənkəran” görüşünün (2:1) 60-cı dəqiqəsində meydan sahiblərinin futbolçuları Mahir Şükürovla Aleksandr Çertoqanovun “Xəzər Lənkəran”ın rumıniyalı legioneri Katalin Domanla mübarizə apardıqları epizod diqqət mərkəzinə düşdü. Belə ki, həmin epizodda Şükürov Domana qarşı aşkar kobudluq etsə də, baş hakim Elçin Məmmədov düzgün qərar vermədi.
Belə ki, referi artıq hesabında sarı vərəqəsi olan Mahiri ikinci dəfə cəzalandırmaq əvəzinə, Çertoqanova sarı vərəqə göstərdi.
Amma epizodu izlədiyini deyən Musayev Şükürovun qətiyyən rəqibinə toxunmadığını bildirib: “Hətta Çertoqanova da sarı vərəqə göstərilməməli idi. Çünki hansısa qayda pozuntusu yox idi. Matçı canlı yayımlayan “Lider” TV-də epizod başqa cür görünə bilər. Ancaq bizim operatorlar həmin epizodu çox gözəl tutublar. Açıq-aşkar görünür ki, Mahir kobudluq etməyib. Sadəcə, matçın aparıcısı həmin epizodda izləyiciləri çaşdırıb dedi ki, Şükürova sarı vərəqə göstərilməli idi”.

0
0