AZAL-dan yubiley “uçuşu”
22.02.2012 - 12:34
AZAL Premyer Liqanın hesabat turunda “Turan”la ev oyununda tarixi göstəriciyə imza atıb. Apasport.az saytının məlumatına görə, paytaxt təmsilçisi milli çempionatda 200-cü qolunu vurub.
“Turan”la XXI turun oyununa qədər hesabında 199 qol olan AZAL yubiley qolunu elə matçın ilk dəqiqəsində rəqib qapısından keçirib. Matçda dubl edən mərakeşli yarımmüdafiəçi Zohair Benouahinin ilk qolu komandası üçün yubiley əhəmiyyəti kəsb edib.
2005/06 mövsümündə güclülər dəstəsində “Olimpik” adı altında debüt edən, sonradan “Olimpik-Şüvəlan”, indi isə AZAL adını daşıyan klub 200-cü qolunu Premyer Liqadakı 7-ci mövsümündə vurub. Mərakeşli legionerinin vurduğu yubiley qolu ilə kifayətlənməyən bakılılar matçın sonunadək bu rəqəmi 202-yə də çatdırıb ki, bunlar da ümumilikdə 186 oyun ərzində reallaşıb.
AZAL-ın Premyer Liqadakı bütün qolları
AZAL-ın tarixi qolunun müəllifi olan Benouahi bunu bacaran 3-cü legioner olub. Belə ki, paytaxt təmsilçisinin 50-ci və 150-ci qolları da əcnəbilərdən, ilk və 100-cü qolu isə yerli oyunçulardan gəlmişdi. Tarixi qollarından 4-nü öz meydanında vuran bakılılar yalnız 100-cü qolu səfərdə rəqib qapısından keçirib. Belə qolların vurulduğu matçlarda adətən qələbə qazanan AZAL üçün yalnız ilk oyun uğursuzluqla nəticələnib.
AZAL-ın çempionatda tarixi qolları
Qeyd edək ki, yubileylə əlamətdar oyunda dubl edən Zohair eyni zamanda klubunun Premyer Liqadakı ən yaxşı bombardirləri sırasına qoşulub. Belə ki, AZAL-ın 202 qolunun müəlliflərindən yalnız 6-sı 10 və ya daha çox fərqlənib. Braziliyalı hücumçu Junivan Suaresin 17 qolla bombardiri olduğu komandada Benouahi və Xaqani Məmmədov 13, moldovalı Anatoli Doroş 12, braziliyalı Leandro Qomeş və litvalı Qvidas Yuşka 10 qol sevinci yaşayıb. 202 qoldan 4-ü isə rəqiblər avtoqol etməklə vurulub.

| mövsüm | Premyer Liqa | evdə | səfərdə |
|---|---|---|---|
| 2005/06 | 15 | 5 | 10 |
| 2006/07 | 28 | 18 | 10 |
| 2007/08 | 29 | 18 | 11 |
| 2008/09 | 32 | 16 | 16 |
| 2009/10 | 33 | 18 | 15 |
| 2010/11 | 36 | 23 | 13 |
| 2011/12 | 29 | 20 | 9 |
| Cəmi | 202 | 118 | 84 |
AZAL-ın tarixi qolunun müəllifi olan Benouahi bunu bacaran 3-cü legioner olub. Belə ki, paytaxt təmsilçisinin 50-ci və 150-ci qolları da əcnəbilərdən, ilk və 100-cü qolu isə yerli oyunçulardan gəlmişdi. Tarixi qollarından 4-nü öz meydanında vuran bakılılar yalnız 100-cü qolu səfərdə rəqib qapısından keçirib. Belə qolların vurulduğu matçlarda adətən qələbə qazanan AZAL üçün yalnız ilk oyun uğursuzluqla nəticələnib.
AZAL-ın çempionatda tarixi qolları
| № | tarix | oyun | hesab | qol müəllifi | qəqiqə |
|---|---|---|---|---|---|
| 1-ci qol | 27.08.2005 | Olimpik – Qarabağ | 1:2 | Vidadi Rzayev | 45+1 (pen.) |
| 50-ci qol | 16.09.2007 | Olimpik – İnter | 1:0 | Junivan | 61 |
| 100-cü qol | 11.05.2009 | MOİK – Olimpik | 1:6 | Nəriman Əzimov | 41 (matçda 2–ci qol) |
| 150-ci qol | 16.10.2010 | AZAL – İnter | 5:0 | Viktor İqbekoyi | 79 (matçda 4-cü qol) |
| 200-cü qol | 21.02.2012 | AZAL – Turan | 3:2 | Zohair Benouahi | 1 (matçda 1-ci qol) |

0
0