Rahid Əmirquliyev “Xəzər Lənkəran”da rekorda şərik çıxdı
22.02.2012 - 12:51
Premyer Liqanın XXI turu “Xəzər Lənkəran” üçün rekord göstəricinin təkrarlanması ilə əlamətdar olub. Apasport.az saytının məlumatına görə, “Qəbələ” ilə səfər görüşü komandanın kapitanı Rahid Əmirquliyevin lənkəranlıların heyətində 176-cı rəsmi oyunu kimi tarixə düşüb.
Bununla da 26 yaşlı yarımmüdafiəçi klub tarixində ən çox oyun keçirən futbolçu ünvanına şərik olub. Bunadək 176 oyunla mütləq rekorda malik Alim Qurbanovun ehtiyatda qalmasından yararlanan Rahid təcrübəli komanda yoldaşına çatıb. Qurbanovun son vaxtlar nadir hallarda meydana çıxdığını nəzərə alsaq, Əmirquliyev tezliklə mütləq rekordun da sahibi olacaq.
2006-cı ilin yayından “Xəzər Lənkəran”da çıxış edən Əmirquliyev 176 matçlıq rekorda özünün komandadakı 6-cı mövsümündə çatıb. Bu müddətdə Azərbaycan çempionatı və kuboku ilə yanaşı Çempionlar Liqası, Avropa Liqası (UEFA kuboku) və “Birlik kuboku”nda da oynamış futbolçu bir sıra titullar da qazanıb. Belə ki, ölkə çempionu, 3 qat kubok sahibi və “Birlik kuboku”nun qalibi olan Rahid bu müddətdə 22 qol sevinci yaşayıb. Bunlardan ikisi bu il baş tutan AZAL və “Qəbələ” ilə oyunlarda vurulub. “Xəzər Lənkəran”ın 2012-ci ildə rəsmi matçlarda vurduğu hər 2 qolun müəllifi olan Rahid cari mövsümdə 10-cu dəfə meydana kapitan sarğısı ilə çıxıb.
Qeyd edək ki, ötən ilin “Bakı” ilə baş tutan son oyununda da qol sevinci yaşayan Rahid ardıcıl 3 matçdır meydanı qolsuz da tərk etmir. Üstəlik, bakılıların qapısına vurulan məhz sonuncu qolun da Əmirquliyevin hesabında olduğunu da nəzərə alsaq, “Xəzər Lənkəran”ın rəsmi oyunlarda vurduğu son 3 qol rekordçu kapitandan gəlib.
Mənbə: lankaranfc.com

| Mövsüm | Turnir | Oyun | Dəqiqə | Qol | Vərəqə | Qırmızı |
|---|---|---|---|---|---|---|
| 2006/07 | çempionat | 17 | 801 | 5 | 1 | 0 |
| 2006/07 | kubok | 8 | 675 | 2 | 0 | 0 |
| 2007/08 | çempionat | 16 | 1103 | 1 | 2 | 0 |
| 2007/08 | ÇL | 2 | 210 | 0 | 0 | 0 |
| 2007/08 | kubok | 5 | 325 | 1 | 0 | 0 |
| 2008/08 | Birlik kuboku | 6 | 277 | 3 | 0 | 0 |
| 2008/09 | çempionat | 24 | 2017 | 4 | 3 | 0 |
| 2008/09 | kubok | 3 | 253 | 0 | 0 | 0 |
| 2008/09 | UEFA kuboku | 2 | 180 | 0 | 1 | 0 |
| 2009/10 | çempionat | 27 | 2236 | 1 | 5 | 0 |
| 2009/10 | kubok | 5 | 404 | 0 | 0 | 0 |
| 2010/11 | Avropa Liqası | 2 | 180 | 0 | 1 | 0 |
| 2010/11 | çempionat | 30 | 2548 | 0 | 4 | 0 |
| 2010/11 | kubok | 6 | 515 | 1 | 0 | 0 |
| 2011/12 | Avropa Liqası | 2 | 180 | 0 | 0 | 0 |
| 2011/12 | çempionat | 20 | 1800 | 4 | 2 | 0 |
| 2011/12 | kubok | 1 | 90 | 0 | 0 | 0 |
| CƏMİ | 176 | 13794 | 22 | 19 | 0 | |
| çempionat | 134 | 10505 | 15 | 17 | 0 | |
| kubok | 28 | 2262 | 4 | 0 | 0 | |
| Avrokuboklar | 8 | 750 | 0 | 2 | 0 | |
| Birlik kuboku | 6 | 277 | 3 | 0 | 0 |
Mənbə: lankaranfc.com
0
0