“Biz qələbəni “Xəzər Lənkəran”dan daha çox istəyirdik”
22.02.2012 - 14:08
“Xəzər Lənkəran”ın gücünə hamı bələddir. Çətin oyun olacağını bilirdik. Turnir cədvəlindəki yerimizi və hədəflərimizi nəzərə alaraq, matça xüsusi hazırlanmışdıq”. Apasport.az saytının məlumatına görə, bunu “Qəbələ”nin futbolçusu Dodo deyib.
Braziliyalı yarımmüdafiəçi Premyer Liqanın hesabat turunda “Xəzər Lənkəran”la matç barədə danışıb. Dodonun sözlərinə görə, 2:1 hesabı ilə qalib gəlmələrini kollektiv oyun sayəsində reallaşıb: “Hamı üzərinə düşən məsuliyyəti dərk edirdi. Qarşılaşma 90 dəqiqə mübarizə şəraitində keçdi. Amma düşünürəm ki, biz qələbəni daha çox istəyirdik və buna layiq idik. Çoxlu qol epizodlarımız oldu. 3 xal qazandığımıza görə sevincliyəm. Amma qələbəni fərdi oyunla deyil, kollektiv oyunla əlaqələndirərdim. Məşqçilər korpusunun və futbolçuların komanda halında bir hədəfə köklənməsi sonda qalibiyyətlə nəticələndi”.
Qeyd edək ki, “Xəzər-Lənkəran”ı məğlub etməkdə əsas pay sahiblərindən biri olan Dodo üçün həm də XXI tur yubiley matçı kimi yadda qalıb. O, “Qəbələ”nin heyətində 20-ci oyununa çıxıb.

0
0