“Erebru”nun futbolçusu Azərbaycana gəlmədi
22.02.2012 - 14:24
Fevralın 29-da Azərbaycan yığması (U-21) ilə qarşılaşacaq İslandiya millisinin heyətində dəyişiklik edilib. Apasport.az saytının məlumatına görə, Eydur Aaron Siqurbyornson Avropa çempionatının seçmə mərhələsinin Bakıdakı qarşılaşmasına gələcək heyətdən çıxarılıb. Buna İsveçin “Erebru” klubunda çıxış edən müdafiəçinin zədələnməyi səbəb olub.
Onun əvəzinə milli komandaya Runar Mar Siquryonsson çağırılıb. Vətənində “Valyur”un şərəfini qoruyan gənc oyunçu əvəzlədiyi həmyerlisindən fərqli müdafiəçi yox, mərkəz yarımmüdafiəçisidir.
Onun əvəzinə milli komandaya Runar Mar Siquryonsson çağırılıb. Vətənində “Valyur”un şərəfini qoruyan gənc oyunçu əvəzlədiyi həmyerlisindən fərqli müdafiəçi yox, mərkəz yarımmüdafiəçisidir.
0
0