Mübariz Mənsimov “Beşiktaş”ın prezidenti ola bilər
22.02.2012 - 14:27
"Xəzər Lənkəran" klubunun sahibi Mübariz Mənsimov İstanbulun “Beşiktaş” klubunun prezidenti vəzifəsinə əsas namizəd sayılır. Apasport.az saytının xəbərinə görə, bu barədə Türkiyənin “Axşam” qəzeti məlumat yayıb.
Türkiyədə yaşayan azərbaycanlı iş adamı Mənsimovun bu posta seçilməısi klubun hazırkı prezidenti Yıldırım Dəmirörənin Türkiyə Futbol Federasiyasının rəhbəri seçildikdən sonra reallaşa biləcəyi bildirilir.
O, zaman “Beşiktaş”da da prezident vəzifəsinə seçkilər keçiriləcək.
Klubun idarə heyətindən dörd nəfərin - Murat Aksu, Həsən Arat, Fikrət Orman və Serdal Adalının namizədliyini irəli sürəcəyi məlumatı yayılıb. Lakin “Beşiktaş” düşərgəsindəki böyük çoxluq klubun maliyyə vəziyyətini yaxşılaşdıra bilən şəxslərin üzərində dayanır.
Bunlar “Palmali” Şirkətlər Qrupunun prezidenti Mübariz Mənsimov və “Anadolu” Şirkətlər Qrupunun rəhbəri Tuncay Özilhandır. Bu iki namizəd sırasında isə Mənsimov favorit sayılır.
Qeyd edək ki, Türkiyə Futbol Federasiyasına seçkilər fevralın 27-də keçiriləcək. Ertəsi gün isə “Beşiktaş” klubunun İdarə Heyətinin toplantısı olacaq. Həmin toplantıda klubun prezidentliyinə seçkinin vaxtı açıqlanacaq.

0
0