Yığmamız Luka Toninin “at oynatdığı” məkanda - FOTO
22.02.2012 - 14:45
Yığmamız Luka Toninin “at oynatdığı” məkanda - FOTO
Azərbaycan millisinin fevralın 24-də keçirəcəyi yoxlama oyununun baş tutacağı məkan müəyyənləşib. Apasport.az saytının məlumatına görə, komandamız Sinqapurla Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Dubay şəhərindəki “Əl-Məktum” stadionunda qarşılaşacaq.

12 min (bəzi mənbələrdə 18 min) tamaşaçı tutumuna malik arena əfsanəvi Valter Zenqanın baş məşqçisi olduğu “Əl-Nəsr” klubuna məxsusdur. Bu isə o deməkdir ki, millimiz heyətində 35 yaşlı hücumçu Luka Toni kimi superulduz olan 3 qat BƏƏ çempionunun meydanında 2012-ci ilə start verəcək.