“Qurban Qurbanov dedi ki, səhv etməkdən çəkinmə”
22.02.2012 - 15:32
“İlk dəfə Premyer Liqada start heyətində meydana çıxdım. Deməzdim ki, xüsusi bir həyəcan vardı”. Apasport.az saytının məlumatına görə, bunu “Qarabağ”ın futbolçusu Eltun Yaqublu deyib.
Ağdam təmsilçisinin 20 yaşlı yeni transferi “Kəpəz”lə hesabat turunda Premyer Liqada debüt edib. Maksim Medvedevin yoxluğunda sağ cinah müdafiəçi mövqeyində çıxış edən Eltunun debütü uğurlu olub.
O, klubun rəsmi saytına açıqlamasında bildirib ki, start heyətində meydana çıxmağı gözlənilməz olmayıb: “Ona görə ki, baş məşqçimiz Qurban Qurbanov həmişə deyir ki, hamı meydana çıxmağa hazır olmalıdır. Bu baxımdan şanısımı gözləyirim. O, oyundan qabaq nə dedi? Bildirdi ki, sərbəst ol, rahat oyna. Səhv etməkdən çəkinmə. Qalan tapşırıqları isə taktiki idi”.
Yaqublunun sözlərinə görə, bundan sonra da şansını gözləyəcək: “Meydanda bir tərəfdən bir üstünlüyüm vardı ki, Rəşad Sadıqov və Admir Teli kimi güclü müdafiəçilərlə çıxış edirdim. Onlarla oynamaq mənim üçün böyük bir şansdı. Daim mənə dəstəkləyir, məsləhət verirdilər. Şükürlər olsun ki, qələbə qazana bildik. 3 xal bizim üçün vacib idi. Gələcək matçlarda oynyaıb-oynmayacağım məndən asılı deyil. Baş məşqçimiz necə məsləhət bilsə elə də olacaq. Məşqimi edib mənə veriləcək şansımı gözləyəcəm”

0
0