“Rəvan”a texniki məğlubiyyət verildi
22.02.2012 - 15:59
Futzal üzrə Azərbaycan çempionatının Yüksək dəstəsində XII turun oyunları keçirilib. Apasport.az saytının məlumatına görə, liderlər növbəti qələbələrini qazanıblar. Son çempion “Araz” “Rəvan”ı texniki qələbə ilə məğlub edibsə “Neftçi” İSM 3-cü pillədə qərarlaşan “Ekol”u xalsız qoyub. Turun ən böyük hesablıq qələbəsi isə PSL-in hesabındadır. Onlar autsayderlərin duelində “Azecolab”a 19 qol vurub. Yeganə sensasiya isə 3-cü yerə iddialı “Qala”nın “Qarabağ veteranları”na uduzması olub
XII tur: “Qarabağ Veteranları” – “Qala” - 1:0, “Araz” – “Rəvan” - 5:0 (+:-), “Ekol” – “Neftci” İSM - 3:6, “Azecolab” – PSL - 5:19.
XII tur: “Qarabağ Veteranları” – “Qala” - 1:0, “Araz” – “Rəvan” - 5:0 (+:-), “Ekol” – “Neftci” İSM - 3:6, “Azecolab” – PSL - 5:19.
| № | Komanda | O | Q | H | M | T/F | Xal |
|---|---|---|---|---|---|---|---|
| 1 | Neftçi | 12 | 11 | 1 | 0 | 84-26 | 34 |
| 2 | Araz | 12 | 10 | 1 | 1 | 92-18 | 31 |
| 3 | Ekol | 12 | 8 | 0 | 4 | 87-35 | 24 |
| 4 | Qala | 12 | 6 | 0 | 6 | 47-32 | 18 |
| 5 | Rəvan | 12 | 5 | 0 | 7 | 54-64 | 15 |
| 6 | Qarabağ vet. | 11 | 4 | 0 | 7 | 38-58 | 12 |
| 7 | PSL | 11 | 2 | 0 | 9 | 48-89 | 6 |
| 8 | Azecolab | 12 | 0 | 0 | 12 | 35-158 | 0 |
0
0