“Bu, təkcə Yuranın yox, bütün komandanın uğursuzluğudur”
22.02.2012 - 16:04
“Komandamızın ilk “altılıq”dan rəsmən kənarda qalması bizi ruhdan salmır. İkinci “altılıq”da günümüzü keçirmək fikrimiz yoxdur”. Bu fikirləri apasport.az saytına açıqlamasında “Simurq”un icraçı-direktoru Vaqif Əliyev deyib.
2009-cu ildə Premyer Liqanın bürünc medalçısı olan Zaqatala təmsilçisi cari mövsümdə qarşıda duran ilk vəzifəni yerinə yetirə bilmədi. Belə ki, komandanın “altılığ”a düşə bilməyəcəyi hesabat turunda evdə “Bakı”ya 0:2 hesabı ilə uduzduğu oyundan sonra rəsmiləşdi.
Əliyev bildirib ki, gələn ay start götürəcək 7-12-ci yerlər uğrunda mübarizəyə ciddi yanaşacaqlar: “Altılığ”a düşməmişiksə, hər halda, bununla həyat bitmir ki... Stimul olmalıdır. İkinci “altılıq”da da komanda qarşısında məqsəd qoyulacaq. Bu, 7-ci pilləni tutmaqdan ibarət olacaq”.
İcraçı-direktorun sözlərinə görə, komandanın cari mövsümdə çıxışı rusiyalı baş məşqçi Sergey Yuranın gələcək taleyinə təsir göstərə bilər: “Ancaq hələlik bu haqda dəqiq bir söz demək tezdir. Çünki çempionatın sonuna 3 ay var. Yuranla müqaviləmiz cari mövsümün sonuna qədərdir. Əslində, biz çempionatın startında “altılığ”a düşməyi qarşıya vəzifə qoymamışdıq. Bu, mövsümün gedişində gündəmə gəldi”.
“Simurq” 2 aylıq fasilədən sonra ev oyunlarında “altılıq” uğrunda mübarizədə rəqibləri olan “Qəbələ” və “Bakı”ya uduzmaqla, şansını birdəfəlik itirdi. Əliyev bunda konkret baş məşqçini günahlandırmağı düzgün saymır: “Bu, təkcə Yuranın yox, bütün komandanın uğursuzluğudur. Belə götürəndə, heyətimiz pis deyil, yetərincə legionerimiz var. Məgər 3-4 klubumuzu çıxmaq şərti ilə başqalarında vəziyyət necədir? Guya onlar külli miqdarda pul xərcləyirlər? 3-4 klubumuzu nəzərə almasaq, qalanlarına da bizdəki kimi orta səviyyəli legionerlər gəlir”.
Əliyevin fikrincə, artıq növbəti mövsümün planları cızılır: “Növbəti mövsümdə iddialı olacağımız dəqiqdir. Komandanın qarşısında yüksək yerlərdən birini tutmaqla bağlı konkret vəzifə qoyulacaq. Bunu reallaşdırmağa klubumuzun maddi imkanları çatır. Əslində, elə indi də maliyyə vəziyyətimiz yaxşıdır. Futbolçular maaşlarını, mükafatlarını vaxtında alırlar. Heyətimizi 75-80 faiz qoruyacağıq. Ancaq təbii ki, dəyişiklər olacaq. İddiamız artırsa, bunu etməliyik”.
Qeyd edək ki, 20 oyundan sonra hesabında 19 xal olan “Simurq” 9-cu pillədə qərarlaşıb.
Mehman SÜLEYMANOV

0
0