Qızlardan oğlanlara futbol dərsi
22.02.2012 - 17:59
Bu gün AFFA Futbol Mərkəzindəki “Dalğa Arena”da 17 yaşadək qızlardan ibarət Azərbaycan yığması (U-17) ilə “Təhsil” Futbol Məktəbinin U-15 (oğlanlar) komandası ilə yoxlama oyunu keçirib. Apasport.az saytının məlumatına görə, oyun 4:3 hesabı ilə qızların xeyrinə başa çatıb. Yığmamızın heyətində 2 dəfə Aliyə Vəliyeva fərqlənib. Aysun Əliyeva ilə Nigar Cəlilli hərəyə 1 qol vurub.
0
0