Yığmamızın rəqibi itki ilə üzləşdi
23.02.2012 - 10:40
Fevralın 27-də Azərbaycan milli komandası ilə yoldaşlıq oyunu keçirəcək Hindistan yığması bu gün növbəti sınağına çıxır. Apasport.az saytının məlumatına görə, baş məşqçi Savio Medeyranın yetirmələri Məsqətdə Oman millisi ilə üz-üzə gələcək. Lakin rəqibimiz bu matça ciddi itki ilə çıxacaq. Belə ki, komandanın 34 yaşlı hücumçusu Sunil Çxetri qarşılaşmada iştirak etməyəcək. Milli komandada 55 oyuna 33 qol vuran Çxetri yığmasının tarixində 5 ən məhsuldar futbolçudan biridir.
0
0