“Xəzər Lənkəran”da 142-ci futbolçu
23.02.2012 - 11:03
Azərbaycan Premyer Liqasının XXI turu “Xəzər Lənkəran”da daha bir futbolçunun debüt etməsi ilə əlamətdar olub. Apasport.az saytının məlumatına görə, Kosta-Rika milli komandasının hücumçusu Rendal Brenes ölkəmizdə ilk dəfə meydana çıxıb. “Qəbələ”yə 1:2 hesabı ilə uduzduqları səfər oyununda 2-ci hissədə meydana daxil olan legioner cənub klubunun 8 illik tarixində bütün futbolçuların ümumi sayını 142-yə çatdırıb.
Bununla da Lənkəran təmsilçisinin 2011/12 mövsümündəki debütantların sayı 16-ya çatıb. Rendala qədər Eder Bonfim, Rikardo Qomeş, Joao Paulo, Çaba Borbeli, Marius Onofraşa, Dejan Rusiç, Branimir Subaşiç, Mario Rosas, Antonio Semedo, Eldar İsmayılov, Kamal Bayramov, Habil Nurəhmədov və Zahid Quliyev ötən ildə, Sadio Tounkara ilə Roberto Alviz isə bu ilin AZAL-la baş tutan ilk matçında yeni komandalarında debüt etmişdilər.
“Xəzər Lənkəran”ın şərəfini qorumuş 142 oyunçudan 55-i yerli, 87-si əcnəbidir. 87-ci legioner kimi tarixə düşən Brenes 2-ci kosta-rikalı olub. Onadək yalnız hücumçu Uinston Parks cənubluların heyətində bu ölkəni təmsil etmişdi.
Ümumilikdə isə komandada təmsil olunan ölkələrin sayı 32-dir: Rumıniya – 18, Braziliya – 10, Türkiyə - 9, Serbiya – 6, Belarus - 5, Bolqarıstan, Portuqaliya – hərəsi 4, Albaniya, Gürcüstan, Kolumbiya, Litva, Rusiya, Kosta-Rika – hərəsi 2, Çexiya, Estoniya, Fransa, Honduras, İsveç, Kot d’ivuar, Moldova, Nigeriya, Qana, Slovakiya, Argentina, Latviya, Syerra-Leone, Qvineya, Ukrayna, Sloveniya, İspaniya, Xorvatiya, Mali – hərəsi 1.
Mənbə: lankaranfc.com

0
0