Saşa Stamenkoviç 20 illiyin ən yaxşıları arasında
23.02.2012 - 11:33
Saşa Stamenkoviç 20 illiyin ən yaxşıları arasında
Şərqi Avropanın ən titullu klublarından olan Serbiyanın “Srvena Zvezda” komandasının ən yaxşı qapıçılarının siyahısı açıqlanıb. Apasport.az saytının məlumatına görə, 1991-ci ildə Çempionlar Kubokunu (indiki Çempionlar Liqası) qazanan Belqrad təmsilçisinin son 20 il üçün ən yaxşı qapıçısını müəyyənləşdirmək üçün sorğu keçirilib.

1991-2011-ci illəri əhatə edən dövrün ən yaxşıları arasında hazırda “Neftçi”nin şərəfini qoruyan Saşa Stamenkoviç də var. Cəmi 0,4 faiz səs toplayan qolkiper 7-ci pillədə qərarlaşıb.

“Srvena Zvezda”nın ölkəmizdə oynayan digər təmsilçisi – “Qarabağ”ın üzvü Boyan Pavloviç isə siyahıya düşə bilməyib. Əvəzində adı “Xəzər Lənkəran”la yanaşı hallanan Vladimir Stoykoviç 6-cı mövqedədir. Hərçənd o, “Srvena Zvezda”dan sonra legioner həyatı yaşayıb və indi prinsipial rəqib “Partizan”ın formasını geyir.

Qeyd edək ki, sorğunun qalibi 1988-1997-ci illərdə - Belqrad təmsilçisinin qızıl dövründə komandanın qapıçısı olan Zvonko Miloyeviç aşkar qalib gəlib.

1.Zvonko Miloyeviç51.9%
2.Vladimir Dişlenkoviç24.4%
3.Draqoslav Yevriç11.5%
4.Aleksandar Kociç4.7%
5.Boban Bayković3.8%
6.Vladimir Stoykoviç3.1%
7.Saşa Stamenkoviç0.4%
8.İvan Ranceloviç0.2%