Əvvəl Azərbaycan yığması, sonra Litva
23.02.2012 - 11:51
Əvvəl Azərbaycan yığması, sonra Litva
Belarus yığması millimizlə yoldaşlıq görüşündən sonra özünə rəqib tapıb. Apasport.az saytının məlumatına görə, bu ölkənin komandası iyunun 8-də Litva ilə yoxlama oyunu keçirəcək. Matç Belarusda keçiriləcək və yığma üçün növbəti sınaq olacaq. Belə ki, 2012-yə Türkiyədə Moldova ilə fevralın 29-da oyunla başlayacaq belaruslular mayın 5-də Minskdə yığmamızı qəbul edəcəklər.

Qeyd edək ki, Belarus yığması bu il qalan 2 yoldaşlıq görüşünü avqustun 15-də Ermənistanla, noyabrın 14-də İsraillə səfərdə keçirəcək.