Sıx qrafikdə 2 məqsəd
23.02.2012 - 12:30
Azərbaycan yığması sabah 2012-ci ildə ilk oyununa çıxacaq. Apasport.az saytının məlumatına görə, komandamız təlim-məşq toplanışı keçdiyi Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində Sinqapur yığması ilə yoldaşlıq görüşündə qüvvəsini sınayacaq.
Dünən səhər saatlarında səfərə çıxan millimiz 10 günlük hazırlıq prosesində sıx qrafikdə çalışacaq. Belə ki, komanda 5 gün ərzində 3 yoxlama oyunu keçirməlidir.
Digər 2 rəqiblərimiz də Asiya təmsilçiləridir. Millimiz fevralın 27-də Hindistan, 29-da Fələstinlə üz-üzə gələcək. Bu 3 matçdan isə yalnız sonuncusu FİFA-nın “pəncərəsi”nə düşür. Çünki fevralın 29-u yığmaların oyun keçirməsi üçün rəsmi gün kimi nəzərdə tutulub.
Baş məşqçi Berti Foqts futbolçuları 3 aydan sonra iş başında görəcək. Əslində, almaniyalı çalışdırıcı ötən il dekabrın əvvəlində təlim-məşq toplanışı keçirmişdi. Ancaq bu, Bakıda keçirilən seleksiya xarakterli toplanış idi. Onda bir sıra gənc futbolçuları sınayan Foqts bəyəndiklərinə, o cümlədən, Latviyanın “Metallurq” klubunun hücumçusu Vüqar Əsgərova Dubaya apardığı heyətdə yer verdi.
Vüqarla yanaşı, milliyə çağırılan, lakin debüt etmək imkanı qazanmayan - Anar Nəzirov, Hacı Əhmədov, Arif Daşdəmirov, Murad Ağayev, Cihan Özkara və Rizvan Umarov siftə edə bilərlər. Düzdür, onlardan bəziləri yığmanın heyətində meydana çıxsalar da, bu, ən yaxşı halda qeyri-rəsmi xarakter daşıyan klublarla yoxlama oyunları olub. Rəsmi matçlarda forma geyinən AZAL-ın kapitanı Aqil Nəbiyev isə il yarımlıq fasilədən sonra milliyə çağırılıb.
Sözsüz ki, hazırlıq prosesində əsas məqsəd futbolçuları sınamaqdır. Hər halda, qarşıdakı oyunlar rəsmi yox, yoldaşlıq görüşüdür və burada istənilən halda, nəticə ikinci dərəcəlidir. Sadəcə, yığmamız FİFA reytinqində ilk “yüzlük”də yer almadığından, elə də güclü olmayan rəqiblərə qalib gəlib, irəliləmək şansından istifadə etməlidir. Ən azı ona görə ki, seçmə mərhələlərdə nəticə az olduğundan, FİFA reytinqində mövqeyini yaxşılaşdırmaq imkanı az olur.
Budəfəki rəqiblərimizin əsas özəlliyi ondadır ki, heç biri bizə tanış deyil. Çünki millimiz 20 illik tarixində indiyədək Sinqapur, Hindistan və Fələstin yığmalarının heç biri ilə görüşməyib. Hər üçünün reytinqdə bizdən aşağı olmaları qələbə şanslarımızı artırır.
Yəni Foqts 2 məqsədi reallaşdırmaq - həm yeni ildən sonra ilk dəfə bir araya gətirdiyi futbolçuları yoxlamaq, həm də nəticə qazanmaq haqda düşünməlidir. Düzdür, Premyer Liqada mübarizə yeni başladığından, oyunçular hazırda optimal formada deyillər. Xüsusilə, Antalyadakı uzun müddətli təlim-məşq toplanışlarından sonra futbolçular oyun praktikası sarıdan korluq çəkirlər ki, bu, almaniyalı mütəxəssisin də diqqətindən yayınmayıb.
Qeyd edək ki, millimiz hər 3 oyunu eyni vaxtda – Bakı vaxtilə saat 17:30-da başlayacaq. Azərbaycan – Sinqapur matçı “The Sevens” stadionunda keçiriləcək.
Mehman SÜLEYMANOV

0
0