Milli komandamız ABŞ klubu ilə qarşılaşacaq
23.02.2012 - 12:20
Kişi basketbolçulardan ibarət Azərbaycan millisinin “Novruz-2012”də rəqibləri müəyyənləşib. Apasport.az saytının məlumatına görə, Qırğızıstanın Bişkek şəhərində baş tutacaq beynəlxalq turnirdə yığmamızla birgə 6 komanda qüvvəsini sınayacaq.
Avropa çempionatının seçmə mərhələsinə hazırlıq çərçivəsində Elxan Əliyevin yetirmələri Özbəkistan, Qırğızıstan milliləri, Qazaxıstanın “Kapşaqay”, ABŞ-ın AİA və Rusiyanın “UrFU” klubları ilə oynayacaqlar.
Qeyd edək ki, Kojomkula İdman Sarayında keçiriləcək görüşlər martın 17-də start götürəcək və 4 gün davam edəcək.

0
0