Azərbaycan çempionu: Kavani pəncərələrimizin şüşəsini qırırdı
23.02.2012 - 12:47
“Artıq 33 yaşım var. Ötən ilin iyununa kimi “Montevideo” klubunda oynayırdım. İndi isə özümə yeni komanda axtarıram”. Apasport.az saytının məlumatına görə, bu sözləri “İnter” və “Neftçi” klublarında çıxış etmiş Uruqvay millisinin sabiq futbolçusu Valter Quqlemon deyib.
“Bankirlər”lə Azərbaycan çempionu və Premyer Liqanın ən məhsuldar futbolçusu olandan sonra “Neftçi”yə keçən, lakin bu komandadan qovulan Valter Uruqvay yığmasının və “Napoli”nin (İtaliya) ulduz futbolçusu Edison Kavani haqda danışıb.
Quqlemon kiçik qardaşının dünya səviyyəsində parlamasına münasibət bildirib: “Edi məndən 9 yaş kiçikdir. Mən Montevideonu çox erkən tərk etdim. Bu üzdən də təəssüf ki, qardaşımla birlikdə çox vaxt keçirə bilməmişəm. Lakin onunla futbol oynamağımız, Edinin zərbələrindən sonra evimizin pəncərələrinin şüşələrinin çilik-çilik olmasını yaxşı xatırlayıram. Ancaq ona futbol oynamağı qadağan etmək mümkün deyildi. Edi əla oğlandır, hətta deyərdim ki, aramızda hamıdan mehriban odur”.
Qeyd edək ki, Valter və “Napoli”nin ulduzu yalnız ana tərəfdən qardaşdırlar. Məhz ataları ayrı olduğu üçün onların soyadları da fərqlidir – Quqlemon və Kavani.

0
0