“Neftçi”nin futbolçusu üzr istədi
23.02.2012 - 13:57
“Neftçi”nin futbolçusu üzr istədi
“Rəvan”la qarşılaşma gərgin alındı. İlk dəqiqələrdən rəqibdən üstün oyun nümayiş etdirsək də, qolu son dəqiqələrdə vurduq”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Neftçi”nin futbolçusu Mirhüseyn Seyidov deyib.

Premyer Liqanın XXI turunun “Rəvan”la oyununda idmançıya yaraşmayan hərəkət etdiyi üçün AFFA-nın İntizam Komitəsi tərəfindən cəzalanan yarımmüdafiəçi yol verdiyi tərbiyəsizlik üçün üzr istəyib: “Təəssüf ki, vurduğumuz qolun sevincini yanlış tərzdə ifadə etdim. Bu sırf emosional gərginlik səbəbindən baş verdi. Bir daha demək istəyirəm ki, bu hərəkətimlə heç kimi təhqir etmək istəməmişəm. Belə niyyətim olmayıb. Təhqir etmək niyyətim olmasa belə, etdiyim hərəkətin yanlış olduğunu anlayıram və bütün futbol ictimaiyyətinə üzrxahlığımı bildirirəm. Söz verirəm ki, bu hal bir daha təkrarlanmayacaq".

Qeyd edək ki, Seyidov 5 ay əvvəl “Bakı” ilə oyundan sonra da diqqət mərkəzinə düşmüşdü. Həmin vaxt “Neftçi”nin üzvü Elvin Əliyevin döydürülməsində günahkarlardan sayılırdı.