Üçündən ən qocası və güclüsü
23.02.2012 - 14:35
Azərbaycan yığması sabah Dubaydakı hazırlıq çərçivəsində qarşılaşacağı rəqiblərdən ən güclüsü ilə görüşəcək. Apasport.az saytının məlumatına görə, Sinqapur millisinin fevralın 27-də və 29-da rəqibimiz olacaq Hindistan və Fələstinlə müqayisədə FİFA-nın reytinqində daha yuxarı pillədə qərarlaşması belə deməyə əsas verir.
Sinqapurlular son reytinqdə 1 pillə geriləyərək 148-ci yerə düşsə də, digər 2 rəqibimizdən öndədir. Hindistan 4 pillə irəliləsə belə hazırda 154-dür. Fələstin isə 162-ci pillədə qalıb. İstənilən halda, reytinqdə bu rəqiblərin hər üçündən öndəyik. Belə ki, yığmamız hazırda 109-cu yerdədir.
Millimiz 20 illik yubileyini qeyd edirsə, Sinqapur yığmasının gələn il 60 yaşı tamam olacaq. Tarixində ilk oyununu 1953-cü ilin aprelin 11-də evdə Cənubi Koreya yığması ilə keçirən rəqibimiz 2:3 hesabı ilə uduzub. Sinqapurlular ən böyük hesablı məğlubiyyətini 1969-cu ilin noyabrın 9-da səfərdə Birmada alıb – 0:9. Ən böyük hesablı qələbəsi isə 2007-ci ilin yanvarın 15-də evdə Laosu 11:0 hesabı ilə yenməklə reallaşıb.
İndiyədək görüşmədiyimiz Sinqapur yığması bizim kimi dünya çempionatının final mərhələsinin iştirakçısı olmayıb. Ancaq bizdən fərqli, öz qitəsində fərqlənə bilib. Onlar 1984-cü ildə 8-ci Asiya çempionatına ev sahiblik edərək, qrup mərhələsində mübarizə aparıb, 2 dəfə - 2004 və 2007-ci illərdə “Pələng kuboku”nun qalibi olub. Millimiz isə Avropa çempionatının seçmə mərhələsində ən yaxşı halda qrupda sondan əvvəlki pillədə qərarlaşıb.
Xorvatiyalı Radoyko Avravomiçin baş məşqçisi olduğu yığmanın heyətində ən çox oyun keçirən Malik Abva, bombardiri 27 qolla İndra Şaxdandır. Ancaq ləqəbi “aslanlar” olan rəqibimizin açıqladığı 33 nəfərlik siyahısında həmin futbolçuların heç biri yoxdur.
AFFA 1992-ci yaradılsa da, Sinqapur Futbol Assosiasiyasının (SFA) tarixi çox uzağa gedir. Bu qurum hələ 1892-ci ildə yaradılan, yəni AFFA-dan düz 100 yaş böyük olan Sinqapur Həvəskar Futbol Assosiasiyasının davamçısı olub. Bu, 1952-ci əsası qoyulmaqla reallaşıb. Göründüyü kimi, SFA da AFFA kimi bu il yubileyini (60) qeyd edir.
Sinqapurda futbolu idarə edən, ona nəzarət edən ilk təşkilat isə Asiya Futbol Assosiasiyaları arasında ən qocasıdır. Zaynudin bin Nordinin prezidenti olduğu SFA 1952-ci ildə FİFA-ya, 2 il sonra Asiya Futbol Konfederasiyasına qəbul edilib. AFFA isə bunun hər ikisini 1994-cü ildə reallaşdırıb. Fərq ondadır ki, biz FİFA ilə yanaşı, Avropanın ali futbol qurumu – UEFA-ya daxil olmuşuq.
Mehman SÜLEYMANOV

0
0