AFFA və “Neftçi”nin nümayəndələri Banişevskini yad etdi - FOTOSESSİYA
23.02.2012 - 14:54
Bu gün Azərbaycan futbolunun ən istedadlı nümayəndələrindən biri, uzun illər “Neftçi” komandasında çıxış etmiş mərhum Anatoli Banişevskinin anadan olmasının 66-cı ildönümüdür. Apasport.az saytının məlumatına görə, bu münasibətlə futbolçunun ailə üzvləri, AFFA-nın əməkdaşları, “Neftçi” klubunun nümayəndələri, klubun yeniyetmələrdən ibarət komandasının oyunçuları, veteran futbolçular, futbol ictimaiyyətinin nümayəndələri Banişevskinin məzarını ziyarət edib, abidəsinin önünə əklil və gül dəstələri qoyub, onunla bağlı xatirələrini yada salıblar. Futbol veteranları Yaşar Babayev, Mübariz Zeynalov, Şamil Heydərov, Səmədağa Şıxlarov, Asim Xudiyev çıxış edərək Banişevskinin Azərbaycan futbolunun inkişafı üçün xidmətlərini qeyd edib, onu hər zaman xoş xatirələrlə yada saldıqlarını bildiriblər.
Qeyd edək ki, apasport.az saytının ötən il keçirdiyi sorğuya əsasən Banişevski Azərbaycan futbolunun 2011-cü ildə qeyd olunan 100 illik tarixinin ən yaxşı futbolçusu seçilmişdi.
Mənbə: affa.az
Qeyd edək ki, apasport.az saytının ötən il keçirdiyi sorğuya əsasən Banişevski Azərbaycan futbolunun 2011-cü ildə qeyd olunan 100 illik tarixinin ən yaxşı futbolçusu seçilmişdi.
Mənbə: affa.az
0
0