Samir Zərgərov: İndi hamı bizdən danışır
23.02.2012 - 16:40
“İnter” klubunun yarımmüdafiəçisi Samir Zərgərovun apasport.az saytına müsahibəsi
- Qış fasiləsindən sonra “Kəpəz” və “Sumqayıt”la keçirdiyiniz oyunları necə xarakterizə edərdiniz?
- Hər iki görüş bizim üçün çox vacib idi. Amma bu da faktdır ki, təlim-məşq toplanışından sonra ilk oyun çətin keçir. “Kəpəz”lə qarşılaşma da istisna olmadı. Buna baxmayaraq, qələbə qazanıb, yeni ilə uğurlu start verdik. “Sumqayıt”la görüşdə də işimiz asan olmadı. Amma məqsədimizə çatdıq. Ümumiyyətlə, məqsədimiz hər matçda qələbə qazanmaqdır.
- “Sumqayıt”la matçda 55 dəqiqə azlıqda mübarizə apardınız. Bu, futbolçuları yormadı?
- Fiziki cəhətdən əla formadayıq. Çünki fasilə zamanı yaxşı hazırlıq keçmişik. Onu da deyim ki, gənc futbolçulardan təşkil olunmuş komandaya qarşı 10 nəfərlə oynamaq çox çətindir. Əgər tam heyətlə oynasaydıq, hesab fərqli olardı.
- Hesabat turunda “Xəzər Lənkəran”ın büdrəməsi işinizə yaraya bilərmi?
- İlk “altılıq”da yer alan komandalardan hansı xal itirsə, bizim işimizə yarayacaq. Bizim xal itirməyimiz isə onları sevindirəcək. Düzdür, əsas öz oyunumuza baxırıq. Çünki biz öz futbolumuzu oynasaq, nəticə mütləq qazanacağıq. Futbolda bu cür hallar qaçılmazdır. İstənilən komanda xal itirə bilər.
- Yəqin ki, digər oyunları izləmisiniz. Əsas rəqiblərinizdən hansılar qış fasiləsindən daha səmərəli istifadə edib?
- “Qarabağ” daha yaxşı təsir bağışladı. Onlar iddialı olduqlarını ortaya qoydular. Yaxşı oyunlar keçirdilər və hər iki matçdan maksimum xal toplayıblar. Digərləri də zəif deyildilər. Amma kimin necə hazırlaşdığını indi yox, 5-6 turdan sonra demək mümkün olacaq. Çünki yeni transferlərin komandalarına, Azərbaycan çempionatına uyğunlaşması müəyyən vaxt aparır.
- Transfer dövründə hər zaman fəallığı ilə seçilən “İnter” qışda cəmi 1 futbolçu ilə gücləndi, əvəzində 4-5 futbolçunu digər klublara icarəyə verdi. Doğurdanmı, “İnter”in güclənməyə ehtiyacı yoxdur?
- Əziz Quliyev həm yaxşı oğlan, həm də əla futbolçudur. Artıq “İnter” yerlilərə üstünlük verir. Qaldı ki, digər xətlərin gücləndirilməsinə, transfer məsələləri baş məşqçinin səlahiyyətində olan işdir. Sadəcə, “Sumqayıt”la matçda Əzizə ehtiyac var idi, o da çıxıb öz işini gördü.
- “İnter” 17 oyundur məğlub olmur. Təbii ki, bu uğurda futbolçularla yanaşı, baş məşqçinin də əməyi var. Kaxaber Sxadadzeni digər həmkarlarından fərqləndirən özəlliyi nədir?
- Onun nə istədiyini bilmək üçün komandanın içində olmalı, məşqlərdə və oyunlarda iştirak etməlisən. Kənardan bunu anlamaq mümkün deyil. O, uduzmağı sevmir. Komanda məğlub olanda həftələrlə özünə gələ bilmir. “Qarabağ”, eləcə də “Bakı” ilə matçdakı texniki məğlubiyyətdən sonra uşaqlar bunun şahidi olublar.
- “İnter” əvvəlki illərdə legionerlərə daha çox üstünlük verirdi. Amma bu il əsas heyətdə yerli futbolçuların sayı artıb. Bunu yerlilərin özlərini yaxşı tərəfdən göstərməsinin nəticəsi kimi qəbul etmək olarmı?
- Yerlilərin yaxşı oynaması klublarımıza da faydalıdır. “İnter”in istəyi də budur. Niyə legionerlərə üstünlük verilməlidir? Olmazmı ki, hər klub öz yetirməsinə güvənsin? Burada yerli futbolçuların üzərinə də yük düşür. Özümüzü yaxşı tərəfdən göstərməliyik.
- Cəmi 2 turdan sonra “altılıq” oyunları başlayacaq. “İnter” məğlubiyyətsiz oyunlar seriyasını həlledici mərhələdə də davam etdirə biləcəkmi?
- Arxada qalan 17 məğlubiyyətsiz oyunda demək olar, bütün rəqiblərimizlə qarşılaşmışıq. Nəticə isə göz qabağındadır. Təbii ki, buna çalışacağıq. İndiyə qədər bunu bacarmışıqsa, niyə də davamı gəlməsin?
- “Altılıq”da keçiriləcək 10 tura fiziki və taktiki ilə yanaşı, psixoloji cəhətdən də hazır olmaq lazımdır. Futbolçular bunu bacaracaqmı?
- Bu faktdır ki, Azərbaycan klublarında psixoloji hazırlıq üzrə məşqçi yoxdur. Bunu da baş məşqçi icra edir. Kaxaber Sxadadzenin bunu bacaracağına əminəm. Qarşıda “altılıq”la yanaşı, kubok oyunları da var. Yəni, bizi uzun marafon gözləyir. Bir məsələyə də toxunmaq istəyirəm. Əvvəllər əksəriyyət “İnter”ı sevmirdi. Ancaq yerli oyunçulara üstünlük veriləndən sonra münasibət dəyişib. İndi hamı “İnter”dən danışır. Komandaya simpatiya artıb, bizi dəstəkləyənlər çoxalıb. Yerli uşaqlara üstünlük verilməsi və nəticə qazanılması bu münasibəti dəyişib.
- Konkret olaraq, klub rəhbərliyi komandanın qarşısına hansı məqsəd qoyub?
- Çempion olmaq istəyirik. Bunu reallaşdıra bilməsək, ən azı avrokuboklara vəsiqəyə sahib çıxmağa çalışacağıq.

0
0