Azərbaycan – Sinqapur matçının yeri dəyişdirildi
23.02.2012 - 16:13
Fevralın 22-dən etibarən Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində təlim-məşq toplanışına başlayan Azərbaycan milli komandasının bütün yoldaşlıq oyunları eyni məkanda keçiriləcək. Apasport.az saytının məlumatına görə, millimizin hazırlıq prosesi çərçivəsində fevralın 24-də Sinqapur, fevralın 27-də Hindistan, fevralın 29-da isə Fələstin yığması ilə təşkil olunacaq yoldaşlıq oyunu “The Sevens” stadionunda baş tutacaq. Son 2 matçın bu stadionda keçiriləcəyi əvvəlcədən məlum olsa da Sinqapurla görüşün əvvəldən “Əl-Məktum”da oynanılacağı planlaşdırılmışdı. Lakin son anda bu qarşılaşmanın da “The Sevens”də keçirilməsi məqsədəuyğun sayılıb. Hər üç qarşılaşma saat 17:30-da başlayacaq.
0
0