Berti Foqtsun Dubay sindromu
23.02.2012 - 18:15
Azərbaycan yığması Berti Foqtsun rəhbərliyi altında 4-cü ilə start verir. Apasport.az saytının məlumatına görə, 2008-ci ilin aprelindən millimizin baş məşqçisi olan alman çalışdırıcı siftəni adətən Dubayda edir.
Bu, artıq 3-cü dəfə - Sinqapur yığması ilə sabahkı yoldaşlıq görüşü ilə reallaşacaq. Foqts bunadək ilə yalnız 1 dəfə başqa şəhərdə – İordaniyanın paytaxtı Əmmanda başlayıb. O, startda ilk və hələlik yeganə qələbəsini də məhz orda – 2 il öncə İordaniya yığmasını yenməklə, qazanıb.
Dubaydakı matçlar isə təcrübəli çalışdırıcıya uğur gətirməyib. Belə ki, fevralın ilk 10 günlüyündə baş tutan həmin yoldaşlıq görüşlərində Özbəkistanla heç-heçə etmiş, Macarıstana uduzmuşuq. Əslində, yığmamız ötən ilə Dubayda Ukraynanın “Metallist” klubu ilə oyunla başlamışdı. Ancaq 0:1 hesabı ilə uduzduğumuz həmin matç nəzərə alınmır. Bu da yığma ilə klub arasında keçirilən görüşün qeyri-rəsmi xarakter daşımağı ilə bağlıdır.
Göründüyü kimi, Foqts ilə həmişə Asiyada yoldaşlıq görüşləri ilə başlayır və Dubayda nəhayət, ilk qələbəsini qazanıb, sindromu qırmalıdır. Rəqibin millimizin FİFA-nın reytinqində xeyli qabaqladığı Sinqapur yığması olmağı şansları artırır. Təcrübəli mütəxəssis istəyinə çatarsa, millimizə tarixində 4-cü dəfə oynayacağı Dubayda ilk qələbəsini qazandıran məşqçi olacaq.
Yığmamız dünyanın ən gözəl şəhərlərindən birində debütünü 2003-cü ilin dekabrın 14-də Əsgər Abdullayevin rəhbərliyi altında Birləşmiş Ərəb Əmirlikləri millisi ilə 3:3 hesablı bərabərliyə qaldığı yoldaşlıq görüşündə reallaşdırıb.
Foqtsun vaxtında ilin debüt matçlarında 3 qol vurmuşuq. 2 qolla ən çox fərqlənən futbolçu olan Fabio Luis Ramim hazırda almaniyalının sərəncamında yoxdur. Bu dəfə Foqtsdan dəvət almayan “Bakı”nın milliləşdirilən braziliyalı yarımmüdafiəçisi Özbəkistanla matçda penaltidən hesabı açıb. Fabio növbəti ildə İordaniya ilə oyunda da ilk qolu vurub. Özü də 1-ci dəqiqədə fərqlənib ki, bu, millimizin 20 illik tarixində vurduğu ən erkən qollardandır. Millimizdə debütünü İordaniya ilə matçda qol vurmaqla qeyd edən “Qarabağ”ın yarımmüdafiəçisi Əfran İsmayılov isə yenə Foqtsun sərəncamındadır.
Milli komandamızın Berti Foqtsun rəhbərliyi altında ilin ilk oyunları
1 fevral. Yoldaşlıq görüşü. Dubay. Azərbaycan - Özbəkistan - 1:1
25 fevral. Yoldaşlıq görüşü. Əmman. İordaniya - Azərbaycan - 0:2
9 fevral. Yoldaşlıq görüşü. Dubay. Azərbaycan - Macarıstan - 0:2
Mehman SÜLEYMANOV

0
0