Azərbaycan – Sinqapur: 25-ci qələbə olacaqmı?
24.02.2012 - 00:01
Azərbaycan – Sinqapur: 25-ci qələbə olacaqmı?
Bu gün Dubayda Sinqapurla keçiriləcək qarşılaşma Azərbaycan yığmasının tarixinə 182-ci matç kimi düşəcək. Apasport.az saytının məlumatına görə, 1992-ci ildən indiyədək 181 oyuna çıxan komandamız bu müddətdə 32 qələbə qazanıbsa, 44 heç-heçə və 105 dəfə meydanı başıaşağı tərk edib.

Bu günə qədər 124 dəfə rəqib qapısına yol tapan komandamız 326 dəfə topu öz qapısında görüb. Komandamız qələbə qazanacağı halda, 33-cü dəfə meydanı sevinclə tərk edəcək.

İndiyədək baş tutan qarşılaşmalardan 88-i DÇ və AÇ-lərin seçmə oyunu olubsa, millimiz 94-cü dəfə yoxlama oyunu keçirəcək. Yoldaşlıq matçları və bu tip mini turnirlərdəki görüşlərdə 24 qələbə qazanıb və 31 dəfə heç-heçə edən millimiz 38 dəfə meydandan məğlub ayrılıb. Dubaydakı “The Sevens” stadionuna 25-ci qələbə üçün çıxacaq futbolçularımız bu qarşılaşmalarda 83, rəqibləri isə 123 dəfə qol sevinci yaşayıb.