İbrahim Karqbo məşqlərə başladı
23.02.2012 - 17:08
"Bakı" və Syerra-Leone milli komandasının üzvü İbrahim Karqbo zədədən sonra məşqlərə başlayıb. Apasport.az saytının məlumatına görə, ötən həftə Türkiyənin Acıbadem klinikasında müalicə keçən futbolçu bu gündən etibarən fərdi məşqlərə başlayıb. "Qarabağ" və "Simurq"la qarşılaşmalarda zədə səbəbindən heyətdən kənar qalan Karqbonun qarşıdan gələn oyunlarda qədər tam hazır olacağı gözlənilir.
Qeyd edək ki, "Bakı" növbəti oyunu öz meydanında "İnter"ə qarşı keçirəcək. Bu görüş mart ayının 3-də baş tutacaq.
Qeyd edək ki, "Bakı" növbəti oyunu öz meydanında "İnter"ə qarşı keçirəcək. Bu görüş mart ayının 3-də baş tutacaq.
0
0