“Azərbaycanla oyunda qələbə üçün hər şey edəcəyəm”
23.02.2012 - 17:43
“Həmişə mənə də şans veriləcəyi anı gözləmişəm. İnanmışam ki, bundan istifadə edəcəyəm”. Apasport.az saytının məlumatına görə, bu sözləri Sinqapur milli komandasının futbolçusu İrvan Şah deyib.
24 yaşlı sol cinah müdafiəçisi fevralın 24-də Azərbaycan yığması ilə keçiriləcək yoxlama oyununda ilk dəfə milli forma geyə bilər. Yığmada debütünü gözləyən İrvan Azərbaycan və 5 gün sonra İraqla baş tutacaq görüşlərdə bacarığını ortaya qoyacağını vəd edib: “Bilirəm ki, qarşıdakı oyunlarda işimiz o qədər asan olmayacaq. Lakin çalışacağam ki, Azərbaycan və İraqla qarşılaşmalarda komandamın qələbəsi üçün əlimdən gələni edim”.
Qeyd edək ki, İrvan “Sinqapur Lions XII” klubunda çıxış edir.

0
0