Azərbaycan – Sinqapur oyunu canlı yayımda
23.02.2012 - 18:01
Azərbaycan milli komandasının fevralın 24-də, Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində Sinqapur yığması ilə keçirəcəyi yoldaşlıq oyunu canlı yayımlanacaq. Apasport.az saytının məlumatına görə, qarşılaşma affatv.az saytı vasitəsilə azarkeşlərə canlı təqdim olunacaq. Saat 17:30-da başlayacaq matç AFFA-nın rəsmi internet televiziyası ilə yayımlanan ilk qarşılaşma olmayacaq. İndiyədək www.affatv.az 17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının Qazaxıstanın Astana şəhərində keçirilən “Prezident kuboku” turnirində, Moldovanın Kişinyov şəhərində keçirilən “FA of Moldova Cup” turnirində, Avropa çempionatının seçmə mərhələsi çərçivəsində Xorvatiyada keçirilən bütün oyunları, “Caspian Cup” turnirinin əksər qarşılaşmalarını yayımlayıb. Bundan başqa 21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının İspaniyanın Marbelya şəhərində təşkil olunmuş turnirdə keçirdiyi qarşılaşmalar, həmçinin Avropa çempionatının seçmə mərhələsi çərçivəsində Bakıda keçirdiyi bir neçə oyun, 17 yaşadək qızlardan ibarət Azərbaycan yığmasının AÇ-nin seçmə mərhələsində keçirdiyi matçlar, Bakı Beynəlxalq Futzal Turnirinin bütün qarşılaşmaları, futzal üzrə Avropa çempionatının Bakıda təşkil olunmuş qrup oyunları və digər qarşılaşmalar affatv.az vasitəsilə canlı yayımlanıb.
Mənbə: affa.az
Mənbə: affa.az
0
0