“Rusiya – Azərbaycan oyunu Tümendə yox, Moskvada keçiriləcək”
23.02.2012 - 18:46
“Dünya çempionatının pley-off mərhələsinin Azərbaycanla oyunu Tümendə olmayacaq. Böyük ehtimalla görüş Moskvada baş tutacaq”. Apasport.az saytının məlumatına görə, bu sözləri futzal üzrə Rusiya milli komandasının baş məşqçisi Sergey Skoroviç deyib.
O, DÇ-2014-ün pley-off mərhələsinin cavab oyunları çərçivəsində keçiriləcək Rusiya –Azərbaycan matçının Tümen və Yekaterinburqda keçirilə bilməməyinin səbəbini açıqlayıb: “Səbəb çox sadədir. UEFA-nın əsasnaməsinə əsasən qonaq komanda oyun yerinə birbaşa uçuş reysi olmalıdır. Bakı – Moskva, Bakı – Sankt-Peterburq reysləri var. Lakin Bakı – Yekaterinburq, Bakı – Tümen reysləri yoxdur. Böyük ehtimalla Moskvada oynayacağıq. Zallarla bağlı variantlar çoxdur. Məsələn, “Dinamo” və ya MOİK-in zalı. Bunlar texniki məsələlərdir”.
Qeyd edək ki, Bakıda keçiriləcək Azərbaycan – Rusiya oyunu martın 27-də baş tutacaq. UEFA ruslara yığmamızla ev oyununun gününü seçmək üçün aprelin 8-12-i tarixlərini ayırıb.

0
0