“Bakı” milli ilə bacarmadı
24.02.2012 - 09:21
Bakı şəhərində təşkil olunmuş seleksiya xarakterli təlim-məşq toplanışı çərçivəsində 17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması yoldaşlıq oyunu keçirib. Apasport.az saytının məlumatına görə, Təbriz Həsənovun yetirmələri “Bakı” klubunun 1995-ci il təvəllüdlü futbolçulardan təşkil olunmuş komandası ilə yoxlama oyununsda qüvvəsini sınayıb. “Bakı”nın Təlim-Məşq Bazasının stadionunda keçirilmiş qarşılaşma 2:1 hesabı ilə yığmamızın xeyrinə başa çatıb. Azərbaycan U-17-nin heyətində Ülvi İbazadə və Fəhmin Muradbəyli fərqlənib.
0
0