Avropa Liqasında 1/8 final cütləri
24.02.2012 - 09:48
Avropa Liqasında 1/8 final cütləri
Avropa Liqasının 1/8 final mərhələsinin cütləri müəyyənləşib. Apasport.az saytının məlumatına görə, qitənin 2-ci dərəcəli klub turnirinin 1/16 final mərhələsinin adlayan komandalar rəqiblərinin adına aydınlıq gəlib. Bu cütlər əvvəlcədən atılan püşkə uyğun təşkil olunub.

"Metallist" (Ukrayna) - "Olimpiakos" (Yunanıstan)
"Sportinq" (Portuqaliya) - "Mançester Siti" (İngiltərə)
"Tvente" (Hollandiya) - "Şalke" (Almaniya)
"Standard" (Belçika) - "Hannover" (Almaniya)
"Valensiya" (İspaniya) - PSV (Hollandiya)
"Alkmaar" (Hollandiya) - "Udineze" (İtaliya)
"Atletiko" (İspaniya) - "Beşiktaş" (Türkiyə)
"Mançester Yunayted" (İngiltərə) - "Atletik" (Bilbao, İspaniya)

Qeyd edək ki, 1/8 finalın ilk oyunları martın 8-də, cavab oyunları 15-də baş tutacaq.