“Avro-2010-un yarımfinalçıları bu vəziyyətə düşməkdə özləri günahkardır”
24.02.2012 - 11:16
Futzal üzrə Avropa çempionatının ən böyük uğursuzlarının adları açıqlanıb. Apasport.az saytının məlumatına görə, Xorvatiyada keçirilən yarışdan təxminən yarım ay sonra Rusiya mətbuatı yarışla bağlı dəyərləndirmə aparıb. İştirakçı komandalara toxunan həmkarlarımız ən böyük uğursuzların da kimliyini müəyyənləşdirib. Onların fikrincə qrup səddini adlaya bilməyən Azərbaycan milli komandası ən uğursuz 2 yığmadan biri olub: Sonuncu yeri tutub qrupda qalan Türkiyə və Sloveniyanı uğursuz saymaq olmaz. Onlar imkanları və bacarıqları daxilində hər şeyi etdilər. Digər 2 qrup sonuncusu Azərbaycan və Çexiya isə əsl uğursuzlar oldu. Özü də hər 2 komanda birbaşa rəqibləri ilə matçda udub mübarizəni davam etdirmək imkanına malik idi. Macarıstandakı Avro-2010-un yarımfinalçıları bu vəziyyətə düşməkdə özləri günahkardır. Çexiya yığmasının uğursuzluğunda yaş amili özünü göstərdi. Əksər oyunçular yaşlaşıb, gənc ulduzlar isə yoxdur. Joze Alesio da Silva və braziliyalılardan ibarət komandası isə zəif oynadı. Onlar xüsusilə Serbiya ilə görüşdə sanki məsuliyyətsizlik göstərdi.
Qeyd edək ki, yığmamız Serbiya ilə görüşün böyük hissəsi boyu hesabda öndə olsa da sonda 8:9 hesabı ilə məğlub olub.
Qeyd edək ki, yığmamız Serbiya ilə görüşün böyük hissəsi boyu hesabda öndə olsa da sonda 8:9 hesabı ilə məğlub olub.
0
0