Sergey Yuran: Hər halda, bu komanda “Barselona”, yaxud “Real” deyil
24.02.2012 - 11:31
“Zenit”in “Benfika” ilə mübarizədə şansı bərabərdir. Komandalar təxminən bərabər gücə malikdir və cavab oyunu öncəsi kiməsə üstünlük vermək mümkün deyil”. Apasport.az saytının məlumatına görə, bu fikirləri “Simurq”un rusiyalı baş məşqçisi Sergey Yuran deyib. Cari mövsümdən Zaqatala təmsilçisini çalışdıran ötənlərin məşhur hücumçusu vaxtilə “Benfika”da oynayıb.
Bu komandanın Çempionlar Liqasının 1/8 final mərhələsində “Zenit”lə Portuqaliyadakı cavab oyunu öncəsi fikirlərini açıqlayan Yuran həmyerlilərinə yaxşı tanıdığı rəqibi keçməklə bağlı məsləhətlərini verib: “Fikrimcə, “Zenit”ə oyunda güclü tərəflərindən imtina edib, müdafiə olunmağa dəyməz. Hər halda, bu komanda “Barselona” yaxud “Real” deyil. Xoşbəxtlikdən Lissabondakı matçda “Porto” ilə səfər matçında olduğu kimi, yalnız müdafiəyə yox, hücuma da üstünlük vermək lazımdır. Səfər oyununda Aleksandr Kerjakovu istifadə etmək daha yaxşıdır. Aleksandr Buxarov ev oyunlarında - rəqiblər sıx müdafiə olunarkən, onları keçmək üçün çox hava mübarizələri tələb olunanda faydalıdır. Buxarovun bunda müsbət keyfiyyətlərin var. Ancaq sürət və cəldlikdə Aleksandrın üstünlüyü var. Bu, Lissabondakı oyunda əks-hücumlara tez-tez keçməli olduğun zamanı çox lazım olacaq”.
Rusiyalı çalışdırıcının fikrincə, cavab matçı ilk oyun kimi məhsuldar olmayacaq: “Hər halda, bir rəqibi heç-heçə, digərini minimal hesablı qələbə qane edir. Bu, elə hal deyil ki, açıq mübarizə oyunu olacağını ehtimal edir. İlk plana nizam-intizam və konsentrasiya çıxacaq. Kimdə səhvləri minimuma endirmək alınarsa, o, lazımı nəticəyə yaxın olacaq. Özü də “Zenit”ə ilk hissədə qol buraxmamaq vacibdir. Onda “Benfika” fasilədən sonra əsəbiləşəcək. Bu isə “Zenit”ə öz üstünlüklərini verməyə əlavə imkan verəcək”.
Qeyd edək ki, “Zenit” evdə “Benfika”ya 3:2 hesabı ilə qalib gəlib.

0
0