FİFA referisi aşağı dəstəyə göndərildi
24.02.2012 - 11:40
FİFA referisi aşağı dəstəyə göndərildi
Azərbaycan çempionatının I divizionunun hakim təyinatları açıqlanıb. Apasport.az saytının məlumatına görə, ölkəmizin 3 FİFA referisindən biri olan anar Salmanov da aşağı dəstənin matçına göndərilib. 32 yaşlı ədalət təmsilçisi “Bakılı” - “Qaradağ-Lökbatan” qarşılaşmasında fit çalacaq.

Qeyd edək ki, bu matç turun mərkəzi oyunudur. Meydan sahibləri hazırda 3-cü, qonaqlar isə 1-ci pillədə qərarlaşıb. Buna baxmayaraq rəqiblər arasında 16 xal fərqi var.