“Hər şey Azərbaycan yığması ilə görüşə qədər həll olunacaq”
24.02.2012 - 12:00
“Qapıçımız Sergey Zuyey yığma karyerasını bitirdiyini açıqlayıb. Ancaq onu heç kim şərh etməyib. Mən milli komandanın baş məşqçisi kimi, Zuyevə fikirləşmək üçün vaxt vermişəm”. Apasport.az saytının məlumatına görə, bu fikirləri Rusiyanın futzal yığmasının baş məşqçisi Sergey Skoroviç deyib. Azərbaycan futzal yığması ilə yeganə görüşün iştirakçısı olan Rusiya millisinin təcrübəli qapıçısı Sergey Zuyev Avropa çempionatından sonra çıxışını bitirdiyi söyləyib. Bu da onun əsas heyətdən kənarlaşdırılıb, milliləşdirilən braziliyalı qapıçı Qustavoya üstünlük verilməyi ilə bağlıdır.
Ancaq Skoroviç Zuyevin yığmamızla dünya çempionatının pley-off oyunlarında iştirak edəcəyinə inanır: “Biz heç yerə tələsməməliyik. Yığmanın matçlarına qədər hələ vaxtımız var. Azərbaycanla oyuna kimi hər şey həll olunacaq. Zuyevin hələ qabaqda çox illəri var. Praktika göstərir ki, qapıçı yalnız 30 yaşından sonra oynamağa başlayır. Ancaq indi kimsə Zuyevin üstündən xətt çəkib, deyir ki, bax, hər şey batdı, o, karyerasını bitirdi. Digərləri deyir ki, Zuyev finalda oynasaydı, qalib gələrdik. Axı digər hal da ola bilərdi ki, bu qapıçı yarımfinalda dayansaydı, biz uduzardıq? Onda heç bir final, medal olmazdı? Müxtəlif variantları nəzərdən keçirmək lazımdır. Bu, oyundur və hər şey olduğu kimi baş verdi”.

0
0