“Rusiya yığmasını Salyanda qəbul edə bilərdik”
24.02.2012 - 12:58
Rusiya və Azərbaycan futzal yığmaları arasında dünya çempionatının pley-off mərhələsində cavab oyunu ilə bağlı hələ də müəmmalı vəziyyət yaranıb. Apasport.az saytının məlumatına görə, şimal qonşularımız final mərhələsinə vəsiqə verən həmin matçın Tümendə keçiriləcəyi ilə növbəti dəfə məlumat verib. Özü də bu dəfə oyunun detalları açıqlanıb. Belə ki, millimizlə matçın aprelin 9-da Tümendəki Mərkəzi İdman Kompleksində yerli vaxtilə (elə Bakı vaxtı ilə də) saat 19:00-da başlayacağı bildirilib.
Ancaq Rusiya futzal yığmasının baş məşqçisi Sergey Skoroviç bundan öncə oyunun Tümendə keçirilməyinin qeyri-mümkün olduğunu açıqlamışdı. Bu da onunla bağlıdır ki, Bakıda ora birbaşa hava reysi yoxdur. UEFA-nın qaydalarına görə, milli komandanın səfər matçını keçirəcəyi şəhərə birbaşa hava reysi olmalıdır. Buna görə ruslarla cavab matçımız ya Moskva, ya da Sankt-Peterburqda keçiriləcək.
Məsələyə aydınlıq gətirmək üçün AFFA-nın futzal üzrə koordinatoru Asim Xudiyevlə əlaqə saxladıq. O, saytımıza açıqlamasında ruslardan hələ də rəsmi məlumat almadıqlarını bildirdi: “Onlar təşkilatı məsələlərlə əlaqədar UEFA ilə danışıblar və bizə bir neçə günə məlumat verməlidirlər. UEFA-nın qaydalarında birbaşa reyslə yanaşı, hava limanından matç keçiriləcək məkana avtobusla yolun 2 saatdan artıq olmamağı da şərt kimi göstərilib. Buna görə də ruslarla ev oyunumuzu Quba, yaxud Masallı Olimpiya İdman Kompleksində keçirə bilmərik. Ancaq məsələn Salyan Bakıya daha yaxın olduğundan, Rusiya yığmasını orada qəbul edə bilərdik”.
Qeyd edək ki, AFFA Azərbaycan – Rusiya oyununun martın 27-də saat 21:00-da Bakı İdman Sarayında keçiriləcəyi ilə bağlı rəqibi və UEFA-nı rəsmən məlumatlandırıb.
Mehman SÜLEYMANOV

0
0