Rəqibimiz üçün uğursuz gün
24.02.2012 - 13:25
Azərbaycan milli komandası ilə yoldaşlıq oyunu keçirəcək Sinqapur yığması tarixində 2-ci dəfə fevralın 24-də meydana çıxacaq. Apasport.az saytının məlumatına görə, Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərindəki yoldaşlıq oyununda sınağa çəkəcəyimiz asiyalılar indiyədək yalnız 1 dəfə bu tarixdə oyun keçirib. Bu da 11 il əvvələ təsadüf edib. Həmin vaxt – 2001-ci ildə sinqapurlular Bəhreyn millisi ilə üz-üzə gəliblər. Millimizin rəqibi fevralın 24-də qələbə qazana bilməyərək 0:2 hesabı ilə məğlub olub.
0
0