AFFA futbol festivalı keçirir
24.02.2012 - 13:42
Martın 10-da Azərbaycanda futbol festivalı keçiriləcək. Apasport.az saytının məlumatına görə, AFFA tərəfindən təşkil olunan tədbir qurumun Futbol Mərkəzindəki “Dalğa Arena”da gerçəkləşəcək. Futbol festivalı FIFA ilə əməkdaşlıq çərçivəsində təşkil olunacaq. Tədbir saat 11:00-da başlayacaq. Festivalda 1995-ci il təvəllüddən başlayaraq digər yaş qruplarına da aid olan qızlar iştirak edə bilər. Bunun üçün onlar martın 8-ə qədər qeydiyyatdan keçməlidir.
Mənbə: affa.az
Mənbə: affa.az
0
0