“Azərbaycan millisi ilə sınaq öncəsi heyətimizdə dəyişiklər mümkündür”
24.02.2012 - 13:53
“Hazırda yığmamıza 14 oyunçu var ki, onlar dünya çempionatının oyunlarına sifariş olunub. Hamısı milliyə layiqdir”. Apasport.az saytının məlumatına görə, bu fikirləri Rusiyanın futzal yığmasının baş məşqçisi Sergey Skoroviç deyib. Dünya çempionatının pley-off mərhələsində milli komandamıza rəqib olan ruslar martın sonunda – aprelin əvvəlində keçiriləcək ev-səfər oyunlarının iştirakçısı olacaq.
Skoroviç millimizlə sınağa qədər heyətdə dəyişikliyin olmağının mümkünlüyünü bildirib: “Hələ bir sıra oyunçular var ki, müxtəlif səbəblərdən yığmaya çağırılmayıblar. Buna görə hər şey futbolçuların sağlamlığından, hazırlıq vəziyyətindən asılı olacaq. Biz oyunlar öncəsi yığışacağıq, genişlənmiş siyahıda olan oyunçuları dəvət edəcəyik. Kimin komandaya real kömək edə biləcəyini isə orada müəyyənləşdirəcəyik”.
Son Avropa çempionatının gümüş medalını qazanan mütəxəssis dünya çempionatının final mərhələsinə çıxacaqlarına böyük inam bəsləyərək, oradakı məqsədlərindən danışıb: “Onu demək lazımdır ki, Rusiya yığması heç vaxt dünya çempionatının mükafatçısı olmayıb. Əlbəttə, biz medallara doğru can atacağıq. Ona çalışacağıq ki, metal daha bahalı olsun. Ancaq futbol oyundur. Biz planlaşdıracağıq, işləyəcəyik. Ancaq hərdən tale öz düzəlişlərini edir. Mən yenə finalda oynayıb, gümüş medala qayıtmağın əleyhinə deyiləm. Onu nəzərə alaq ki, bu, həm mənim üçün bir məşqçi kimi, həm də yeni komandamız üçün ilk dünya çempionatı olacaq”.
Qeyd edək ki, futzal üzrə dünya çempionatı bu ilin payızında Tailandda keçiriləcək.

0
0