“Qarabağ”ın “11-liy”i
24.02.2012 - 14:38
“Qarabağ”ın “11-liy”i
Premyer Liqanın XXI turunun “Kəpəz”lə oyunundan sonra 2 günlük fasiləyə buraxılan “Qarabağ” məşqlərə başlayıb. Apasport.az saytının məlumatına görə, Qurban Qurbanovun yetirmələri tam heyətlə məşq edə bilmir. Belə ki, müxtəlif səbəblərdən komandanın 11 futbolçusu hazırlıqlardan kənar qalıb.

5 futbolçu Azərbaycan millisinin əsas heyətində Dubaya təlim-məşq toplanışına yollanıbsa 3 oyunçu U-21 düşərgəsindədir. Ansi Aqolli Albaniya millisinin düşərgəsinə gedibsə, zədəsi olan Nderim Nedzipi ölkəsində müalicə alır. Bu 10 futbolçuya Maksim Medvedev də qoşulub. O, “Bakı”yla oyunda aldığı zədəni sağaltmaqla məşğuldur. Maksim hazırda fərdi çalışmalarla kifayətlənir. Yaxın zamanlarda müdafiəçinin toplu çalışmalar başlayacağı gözlənilir.