Rəqibimiz yeni qapıçı tapdı
24.02.2012 - 16:52
DÇ-2014-ün seçmə mərhələsində Azərbaycan yığmasının rəqibi olan Rusiya milli komandasının heyətində dəyişiklik edilib. Apasport.az saytının məlumatına görə, fevralın 29-da Danimarka ilə keçiriləcək yoxlama oyununa daha 1 futbolçu çağırılıb. Bu, “Rubin” klubunun heyətində ikiqat Rusiya çempionu olan Sergey Rıjikovdur. İndiyəfək millidə 1 oyun keçirən təcrübəli qapıçı Kopenhagendə keçiriləcək səfər görüşə çağırılan futbolçular siyahısına əlavə olunub.
Qeyd edək ki, buna səbəb “Zenit”in qapıçısı Vyaçeslav Malofeyevin zədəsini sağalda bilməməyidir. Rəqibimizin əsas qapıçısı MOİK-də çıxış edən İqor Akinfeyev isə uzun müddətə sıradan çıxıb.
Qeyd edək ki, buna səbəb “Zenit”in qapıçısı Vyaçeslav Malofeyevin zədəsini sağalda bilməməyidir. Rəqibimizin əsas qapıçısı MOİK-də çıxış edən İqor Akinfeyev isə uzun müddətə sıradan çıxıb.
0
0