Hücumçu milli komandanın düşərgəsinə gələsi olmadı
24.02.2012 - 17:58
DÇ-2014-ün seçmə mərhələsində Azərbaycan milli komandasının rəqibi olan İsrail yığmasının heyətində dəyişiklik edilib. Apasport.az saytının məlumatına görə, Almaniyanın “Kayzerslautern” klubunun hücumçusu İtay Şexter yığmanın heyətindən çıxarılıb. O, fevralın 29-da Ukrayna milli komandası ilə keçiriləcək yoxlama oyununda iştirak etməyəcək. Buna futbolçunun baş məşqçi Eli Qutmana müraciəti səbəb olub. Şexter zədəli olduğunu bildirərək matça dəvət olunmamağını xahiş edib.
0
0