Kazbek Tuayevin qohumu Azərbaycan millisində!
24.02.2012 - 18:19
Kazbek Tuayevin qohumu Azərbaycan millisində!
AFFA İcraiyyə Komitəsinin üzvü, veteran futbolçu Kazbek Tuayevin qohumu Azərbaycan milli komandasına dəvət alıb. Lent.az-ın məlumatına görə, bu, Soslan Tuayevdir. Tuayev Rusiyanın Vladiqafqaz şəhərini təmsil edən “Alaniya”nın futbol məktəbində çıxış edir. O, 19 yaşlılardan ibarət yığmamızın fevralın 26-da start götürəcək seleksiya xarakterli təlim-məşq toplantısına çağırılıb.

Kazbek Tuayev Lent.az-a açıqlamasında Soslan Tuayev adlı qohumunun olduğunu təsdiqləyib. Lakin o, Soslanla necə qohum olmasını açıqlamaqdan imtina edib.

Qeyd edək ki, 19 yaşlılardan ibarət yığmamızın hazırlıq prosesi fevralın 29-dək davam edəcək.