“Sivasspor” futbolçumuzu milliyə buraxmadı
24.02.2012 - 18:26
Türkiyənin “Sivasspor” klubunun futbolçusu Cihan Özkara Azərbaycan milli komandasının Dubayda keçirilən təlim-məşq toplanışına qatılmayıb. Apasport.az saytının məlumatına görə, buna səbəb FİFA-nın əsasnaməsidir. Belə ki, dünya futbol qurumunun qaydalarına əsasən klub futbolçusunu millinin yoxlama oyununa yalnız 2 gün qalmış buraxa bilər. Yığmamızın bu gün Sinqapur, 27-də Hindistanla keçirəcəyi oyunlar isə ümumiyyətlə FİFA pəncərəsinə daxil deyil.
Ayın 29-dakı Fələstinlə qarşılaşmaya 2 gün qalmış Sivas təmsilçisinin düşərgəsini tərk edə biləcək milliləşən legionerimiz yalnız son matçda iştirak etmək imkanı qazanacaq. Həmin oyuna qədər isə Cihan Superliqanın “Gənclərbirliyi” ilə fevralın 26-da baş tutacaq qarşılaşmasında oynaya bilər.

0
0