Premyer Liqa klubunun baş məşqçisi cangüdən tutdu
24.02.2012 - 19:02
İngiltərənin “Blekbern” klubunun baş məşqçisi Stiv Kin qeyri-adi addım atıb. Apasport.az saytının məlumatına görə, 44 yaşlı mütəxəssis özünə şəxsi cangüdən tutub. Buna səbəb azarkeşlərin komandanın uğursuz çıxışlarına sərt etirazları səbəb olub. Yalnız top fərqinə görə aşağı dəstəy düşən zonadan qurtulan “Blekbern”in fanatlarından ehtiyatlanan Kin hyat yoldaşı və uşaqları ilə birlikdə restoranda olarkən ona hücum hazırlandığını eşitdiyindən sonra belə qərara gəlib. Həmin vaxt oranı təcili tərk edən mütəxəssis artıq şəxsi mühafizəçidən yararlanır: “Məni qoruyan oğlan karate üzrə 7-ci dana sahibdir. O, heç də pəzəvəng deyil”.
0
0