Berti Foqts: Daha çox təcrübəli futbolçulardan narazı qaldım
24.02.2012 - 19:56
“Oyunda qalib gəlməyə yaxın idik. Ancaq sonradan buraxdığımız 2 qol buna imkan vermədi”. Apasport.az saytının Dubaya ezam olunmuş əməkdaşının məlumatına görə, bu fikirləri Azərbaycan milli komandasının baş məşqçisi Berti Foqts deyib.
Almaniyalı mütəxəssis millimizin bu il keçirdiyi ilk oyunda - Sinqapur yığması ilə Dubaydakı təlim-məşq toplanışında 2:2 hesablı heç-heçə etdiyimiz yoldaşlıq görüşü ilə bağlı fikirlərini açıqlayıb.
Foqts qələbəni son saniyələrdə əldən verdiyimizə görə üzülüb: “Əlbəttə, istəməzdik ki, uzatma dəqiqəsində qol buraxıb, qələbəni qaçıraq. Bunun üzərində işləməyimiz lazımdır. Daha çox təcrübəli futbolçulardan narazı qaldım. Deyə bilmərəm ki. gənclərin hamısından razı qaldım. Debütant Vüqar Əsgərovun oyun praktikası sarıdan korluq çəkməyi öz sözünü dedi. Latviya çempionatında çıxış edən bu gənc hücumçu 2 aydır oynamır”.

0
0